Dövlət Aqrar Ticarət Şirkəti nar istehsalçı və ixracatçıları ilə razılığa gəlib

Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Aqrar Ticarət Şirkəti ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd nar istehsalçılarını satış bazarlarına çıxarmaq üçün daha əlverişli şərait yaradılmasını nəzərdə tutur, deyə Kənd Təsərrüfatı Nazirliyi bildirir.