Bakı Aquatherm 2018 sərgisinə hazırlaşır

23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 11-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku 2018" sərgisi keçiriləcək.Bu il sərgidə Azərbaycan, Avstriya, İran, İtaliya, Çin, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələri təmsil edən şirkətlər bir araya gələcək./"Aquatherm Baku" sərgisi istilik, havalandırma, kondisionerləşdirmə, su təchizatı, eləcə də havanın emalı və təmizlənməsi sahəsində yeganə ixtisaslaşmış tədbirdir. Hər il əksəriyyəti sənaye peşəkarları olan minlərlə insan bu sərgini ziyarət edir.
"Aquatherm Baku 2018" sərgisinin iştirakçıları havalandırma və istilik sistemlərini, su üçün boru və filtrləri, isidici qazanları, nasosları, hidrantları və bir sıra digər məhsulları təqdim edəcəklər. Sərgidə müxtəlif istehsalçıların təklif etdikləri məişət və sənaye kondisionerləri, yastı su qızdırıcılarının geniş çeşidi də nümayiş olunacaq. Həmçinin otaqlarda mikroiqlimi uzaqdan idarə etmək üçün İT texnologiyalar da təklif olunacaq.