Süd məhsullarının idxal həcmi artıb

Heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və süd istehsalının artması ilə bağlı rəsmi məlumatlara baxmayaraq, idxaldan asılılıq səviyyəsi hələ də yüksəkdir. Dövlət Statistika Komitəsindən Turan-a bildirilib ki, 2017-ci ildə süd və süd məhsulları idxalından asılılıq səviyyəsi 2% artıb.
2017-ci ildə idxalın payı 344 min ton olub. Bu, süd və süd məhsulları istehlakının 14,8%-ni təşkil edir. İdxal həcmi il ərzində 55,5 min ton artıb. Süd və süd məhsulları idxalının həcmi ixrac həcmini (təxminən 16 min ton) 21,5 dəfə üstələyib