Azərbaycanda ət istehlakı 18% artıb

Azərbaycanda beş il ərzində ət və ət məhsulları istehlakı (balıq nəzərə alınmadan) 18% artıb. Bu barədə 2017-ci il üçün ölkənin ərzaq balansında deyilir.
Ötən il ət və ət məhsulları istehlakının həcmi 364,3 min ton təşkil edib ki, bu da 2016-cı ildə olduğundan 6,4% çoxdur. Bu barədə Turan-a Dövlət Statistika Komitəsindən bildiriblər. Beş il öncə Azərbaycanda 309 min tona yaxın ət istehlak edilib. 2017-ci ildə ət idxalının həcmi (58 min ton) 2012-ci illə müqayisədə iki dəfədən çox artıb.