Çin elektron ticarət üzrə birgə platformanın yaradılmasını təkif edib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərpoçt" MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancu ilə görüş olub. Bu barədə nazirliyin məlumatında deyilir.
Görüş zamanı D. Yancu elektron ticarət platformasının yaradılmasını təklif edib. Platforma Azərbaycan vətəndaşlarına elektron ticarət sahəsində operativ xidmətlərin göstərilməsini nəzərdə tutur.