Azərbaycan aviaşirkətləri sərfəli deyil

2017-ci ildə Azərbaycan aviaşirkətləri sərnişindaşımada 181,4 milyon manat məbləğində balans zərərinə məruz qalıb. Bu, əvvəlki illə müqayisədə təxminən beş dəfə çoxdur, deyə Dövlət Statistika Komitəsində bildiriblər.
Rəsmi məlumatlara görə, ötən il ölkənin sərnişin aviaşirkətləri daşımalardan 462 milyon manat və ya 2016-cı ildəkindən 125,5 milyon manat və ya 37,3 faiz çox qazanıb. Beynəlxalq daşımalardan 426,7 milyon manat (artım 123,2 milyon manat), daxili daşımalardan 35,3 milyon manat (+ 2,3 milyon manat) əldə edilib.