Bakıda elektron kommersiya üzrə beynəlxalq forum keçiriləcək

2018-ci il sentyabrın 24-25-də Bakıda Elektron Kommersiya üzrə Bakı Forumu keçiriləcək.
Təşəbbüskarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin olduğu tədbir Avropa Birliyi və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə keçiriləcək.