2017-ci ildə Neft Fondunun xarici iradrəetmədə olan vəsaiti 41,5% artıb

2018-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun xarici dövlət menecerlərində olan aktivlərinin həcmi 4 milyard 70 milyon dollar və ya Fondun investisiya portfelinin 11,4 faizi qədər olub.
Daha əvvəl bildirildiyi kimi, 31 dekabr 2016-cı il tarixinə ARDNF-nin xarici menecerlər tərəfindən idarə olunan aktivləri 2 milyard 876 milyon dollar olub və Fondun investisiya portfelinin 8,5 faizini təşkil edib. Belə ki, xarici idarəetmədə olan vəsaitlərin məbləği 2017-ci ildə 41,5 faiz artıb.