Çörəyin qiyməti arta bilər

Dünya bazarında buğdanın bahalaşması Azərbaycanda çörəyin qiymətinə təsir göstərə bilər. "Hazırda beynəlxalq qiymətlər bir tona görə 237 dollara çatıb. Müqayisə üçün 2016-cı ildə buğdanın bir tonu 122,8 dollara təklif edilirdi, bu ilin yanvarında isə 192 dollar səviyyəsində olub", - kənd təsərrüfatı sahəsində ekspert Vahid Məhərrəmov bildirib.
Bahalaşma yerli bazara da təsir göstərəcək, çünki ölkənin taxıla olan 1,4 mln. ton daxili tələbatı əsasən Rusiyadan idxalın hesabına ödənilir. Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, bu ilin yeddi ayında ölkə 106 mln. 45,92 min. məbləğində 598,424 min ton taxıl alıb ki, bu da ötən ilin göstəricisindən 16,8% çoxdur.