Avtomobil idxalı yenidən sürətlənib

İyul ayında 2 112 avtonəqliyyat vasitəsi idxal edilib. Son iki ay ərzində idxal olunan avtomobillərin sayı ilin əvvəlindən idxal edilənlərin (11,7 min ədəd) 37,6%-i təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bu il avtomobillərin idxalı 2017-ci ilin yeddi ayı göstəricisini 2,6 dəfə üstələyir. İlin əvvəlindən xaricdə 10,4 min minik avtomobili (+6611), 1157 ədəd yük avtomobili (+638), 69 avtobus və mikroavtobus (-42) və 72 xüsusi təyinatlı nəqliyyat vasitəsi (+25) alınıb.