Gömrük yığımları orta hesabla 50 faiz artırılıb.

Azərbaycan Nazirlər Kabinetinin avqustun 6-da qəbul etdiyi qərara əsasən, yüklərin gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımının miqdarına dair bir sıra tələblərə yenidən baxılıb. Bu qərara əsasən gömrük yığımları orta hesabla 50 faiz artırılıb.
Gömrük yığımı gömrük rüsumu deyil. Bu malın və xidmətin rəsmiləşdirilməsi zamanı onun dəyərindən asılı olaraq mal sahibinin ödədiyi əlavə xidmət haqqıdır.