Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği artır

Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği 1 745,7 milyon manata çatıb. Bu, iyunun 1-dəkindən 2% çoxdur. Ölkənin bank sektorunda vəziyyətlə bağlı məlumatlar Mərkəzi Bankın növbəti statistik məlumatlarında əksini tapıb.
Sənəddə göstərilir ki, problemli kreditlər ilin əvvəlinə nisbətən 7,3% artıb, son ildə 3,6% azalıb. İyunun sonunda ümumi kredit portfelində problemli kreditlərin payı 14,4% təşkil edib. Bu nisbət may ayının sonunda 14,3% olub.