Neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb.
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,50 dollar və ya 2,05% artaraq 74,64 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,29 dollar və ya 0,42% bahalaşaraq 69,75 dollar, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,13 dollar və ya 0,18% bahalaşaraq 72,71 dollar təşkil edib.