Iyun ayında ərzağın qiymətləri 0,8% düşüb

İyunda Bakıda 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti orta hesabla 0,8% ucuzlaşıb.
Mayda və apreldə qiymətlər 2%, martda 0,7%, fevralda 0,2%, yanvarda 0,2% ucuzlaşıb, 2017-ci ilin dekabrında da 2% azalma qeydə alınıb. Noyabrda qiymətlər 2,4% artıb, oktyabr ayında dəyişməyib, sentyabr ayının sonunda tərəvəz və meyvə mövsümünün bitməsi ilə bağlı 5,4% artım olub.