Təbii qazın pərakəndə satışına başlanılıb

"SOCAR Petroleum" (Azərbaycan Dövlət Neft Şirkətinin yanacaqdoldurma məntəqələrinin operatoru) Azərbaycanda sıxılmış təbii qazın (STQ) pərakəndə satışına başlayıb.
Şirkətdən verilən məlumata görə, iyulun 4-də Bakı-Hövsan avtomobil yolunda, BakıBus ofisinin yanında STQ doldurma məntəqəsi istismara verilib. Beləliklə, şirkət ilk dəfə STQ pərakəndə bazarında fəaliyyətə başlayıb. Bir kubmetr sıxılmış qazın qiyməti 0,45 manat olacaq.