Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiya taxılı nəql edilib

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə olaraq yük vaqonları ilə nəql edilib, deyə "AzRusTrans" QSC-nin mətbuat xidməti bildirir.
"AzRusTrans" QSC "ADY Express" MMC ilə birgə Rusiyadan Qarsa taxılı, xüsusi taxıldaşıyan vaqonlar (xopper) vasitəsi ilə nəql etməyə müvəffəq olub. 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra, Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.