Mərkəzi Bankın ölü tənzimləmə mexanizmi

Bu ilin əvvəlindən AMB uçot dərəcəsini üçüncü dəfə endirib, lakin bu, yerli kommersiya banklarının dərəcələrinə heç bir təsir göstərməyib. Maliyyə təşkilatlarının kreditləri bahalanmaqda davam edir.
Mərkəzi Bank uçot dərəcəsini əvvəlki 11%-dən 10%-ə endirdi. Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında ölkənin baş bankının sədri Elman Rüstəmov bildirib. Həm də faiz dəhlizinin yuxarı həddini 14%-dən 12%-ə endirməyə qərar verilib. Faiz dəhlizinin aşağı həddi 8% səviyyəsində saxlanılıb.