Özünü yerli avtomobildən qoru

İyunun 11-dən yerli yığım "Xəzər" avtomobillərinin satışı başlayıb. Avtomobil İranın "Iran Khodro" şirkəti ilə birlikdə inşa edilən Neftçala avtomobil zavodunda yığılır. Əvvəlcə zavod "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup", markalı 10 min avtomobil istehsal etməyi planlaşdırırdı, amma hələlik "Xəzər SD" və "Xəzər LD" modeli hazırlanıb.
"AzerMash" şirkətinin İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, bu maşınların baza qiyməti 16-18 min manatdır və Bakıda üç ticarət mərkəzində satılacaq. Bundan başqa, yerli avtomobilin ixracı da nəzərdə tutulur. Maşınlar kreditlə də alına bilər. Axundov həmçinin qeyd etdi ki, 100 avtomobil satışa çıxarılıb, bir sıra dövlət qurumları və nazirliklər artıq 40 avtomobil sifariş ediblər.