Qızıl və neft ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,01% - 25 320,73 bəndədək ucuzlaşıb, "S&P 500" 0,17% - 2 786,00 bəndədək, NASDAQ isə 0,57% - 7 703,79 bəndədək bahalaşıb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,43% - 7 7 703,81 bəndədək, Almaniya DAX-ı 0,00% - 12 842,30 bəndədək, Fransa CAC-40-ı isə 0,38% - 5 453,37 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,90 dollar azalaraq 1 298,50 dollara, gümüşün unsiyasının qiyməti 0,30 dollar azalaraq 16,84 dollara satılıb.
***
Dünya birjalarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar və ya 0,53% azalaraq 66,01 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,25 dollar və ya 0,33% azalaraq 76,63 dollar təşkil edib.