Ərzaq məhsulları bahalaşıb

2018-ci ilin yanvar-may aylarında Azərbaycanda istehlak mallarının və xidmətlərinin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% artıb, may ayında isə inflyasiya sıfıra enib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay ərzaq məhsullarının qiyməti 1,3 faiz düşüb, əhaliyə göstərilən pullu xidmətlərin qiyməti 1,6 faiz bahalanıb, qeyri-ərzaq mallarının qiyməti sabit qalıb.
Statistikaya görə, may ayında un, manna və qarabaşaq yarması, makaron, ət (mal və qoyun), yumurta, qarğıdalı yağı, marqarin, banan, çiyələk, pomidor, xiyar, sarımsaq, soğan, şəkər, şəkər tozu, şokolad məhsulları ucuzlaşıb. Toyuq yumurtası, zeytun və kərə yağı, alma, yerkökü, göyərti, qəhvə və çay bahalaşıb.