Bu il rəsmi 3 faizdən çox bahalaşma olub

Bu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,2 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrünə nisbətən 5 ayda ərzaq məhsulları 3,2, qeyri-ərzaq malları 3,9, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,6 faiz bahalaşıb.