Rusiyada benzinin qiyməti bahalaşıb

Rusiyada mayın 21-dən 27-dək benzinin qiyməti bahalaşıb.Bu barədə "Kortes" informasiya-analitik mərkəzi məlumat yayıb.
Ölkə rəazisində Aİ-92 markalı yanacağın qiyməti 76 qəpik artaraq 40,76 rubl (1.10 AZN) təşkil edib. Aİ-95 markalı yanacaq isə 79 qəpik artaraq 43,6 rubla (1.17 AZN) çatıb. Bir litr dizel yanacağının qiyməti isə 79 qəpik artaraq 43,65 rubl (1.17 AZN) qədər bahalaşıb.
Qeyd edək ki, Azərbaycanda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün0,90 AZN, Aİ-95 üçün isə 1.20 AZN təşkil edir.