Qızıl və neft ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,30% - 24 811,76 bəndədək, "S&P 500" 0,20% - 2 727,76 bəndədək, NASDAQ isə 0,02% - 7 424,43 bəndədək ucuzlaşıb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,92% - 7 716,74 bəndədək, Fransa CAC-40-ı 0,31% - 5 548,45 bəndədək, Almaniya DAX-ı 0,94% - 12 855,09 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,60 dollar azalaraq 1 307,20 dollara, gümüşün unsiyasının qiyməti 0,31 dollar azalaraq 16,64 dollara satılıb.
***
Dünya birjalarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar və ya 0,08% azalaraq 70,65 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar ya 0,14% azalaraq 78,68 dollar təşkil edib.