İri əskinasların buraxılması devalvasiya ilə əlaqələndirilir

Əgər ölkədə bəzi vətəndaşların əmək haqları və pensiyaları bu məbləğə çatmırsa, orta aylıq əmək haqqı isə 553 manatdırsa (müstəqil analitiklərə görə, 300 manat) nominal dəyəri iki yüz manat olan əskinas nəyə lazımdır?
Göründüyü kimi, iri nominallı əskinaslar adi vətəndaşların istifadəsi üçün nəzərdə tutulmur. Əhalinin gəlirlərinin bir hissəsini yeyən artan inflyasiya kontekstində Azərbaycan ailəsinin orta aylıq gəliri qida və kommunal məhsullara ancaq kifayət edir. Bazara çıxanda belə bir əskinasdan istifadə çətin olacaq. Və nəhayət, azərbaycanlılar devalvasiyasının acı təcrübəsinə görə manat yığımına güvənmir. Bəs onda bu əskinaslar nəyə lazımdır? ......