Qızıl və neft ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,72% - 24 834,41 bəndədək, "S&P 500" 0,31% - 2 724,44 bəndədək, NASDAQ isə 0,21% - 7 378,46 bəndədək ucuzlaşıb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,23% - 7 877,45 bəndədək, Fransa CAC-40-ı 0,05% - 5 640,10 bəndədək, Almaniya DAX-ı 0,71% - 13 169,92 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,30 dollar azalaraq 1 291,70 dollara, gümüşün unsiyasının qiyməti 0,01 dollar azalaraq 16,57 dollara satılıb.
Dünya birjalarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar və ya 0,35% azalaraq 71,95 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar ya 0,49% azalaraq 79,18 dollar təşkil edib.