"Saipem" şirkəti Azərbaycanda fəaliyyətini dayandırmır" - AÇIQLAMA

İtaliyanın "Saipem" şirkəti, "Saipem S.p.A." şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir" xəbərinə münasibət bildirib.
"Saipem" şirkəti Azərbaycan Respublikasında fəaliyyətini dayandırmır və bu günə qədər ölkədə neft və qaz sənayesində aparılan ən önəmli layihələrdə əsas podratçıdır:
""Saipem" şirkəti həqiqətən də Azərbaycanda artıq heç bir biznes işlərə cəlb olunmayan "Saipem S.p.A." Azərbaycan nümayəndəliyi ilə fəaliyyətini bitirmək prosesindədir.
Lakin xatırlatmaq istərdik ki, "Saipem" şirkəti hal hazırda ölkədədir və fəaliyyətini "Saipem Contracting Netherlands B.V." Azərbaycan filialı ilə fəaliyyətini davam etdirir".