Vahid Ələkbərov bir gecəyə 1,37 mlrd. dollar itirdi

Birləşmiş Ştatların 9 aprel tarxində rusiyalı iş adamları və şirkətlərə qarşı tətbiq etdiyi yeni sanksiyalar 15 mlrd. dollar zərərlə nəticələnib. Sanksiyaların tətbiq olunduğu gündən etibarən isə ziyan 17 milyard dollar təşkil edib.
"Nornikelya" şirkətinin rəhbəri Vladimir Potanin sərvəti 2,28 milyard dollar, "Renova" şirkətlər qrupunun sahibi Viktor Vekseberqin sərvəti 1,28 milyard dollar və "Lukoyl"un təsisçisi və başçısı Vahid Ələkbərov isə 1,37 milyard dollar azalıb.
BBI reytinq siyahısı dünyanın ən varlı 500 nəfərindən ibarətdir və hər gün Nyu-Yorkda birjasında hərraclar başa çatdıqdan sonra yenilənir.