Rusiya Avropa bazarını işğal edir – Rekord göstərici

“Qazprom” Avropa bazarında rekord həcmdə paya sahib olub.
Bunu jurnalistlərə açıqlamasında “Qazprom” rəhbərinin müavini Aleksandr Medvedyev söyləyib. Onun sözlərinə görə, “Qazprom”un Avropa bazarında hazırda payı 34,7%-dir. O, bu göstəricinin həm SSRİ, həm də Rusiya tarixində ən yüksək rəqəm olduğunu bildirib.
Medvedyev deyib ki, Avropaya tədarükün artmasının əsas səbəbi region ölkələrin qaza tələbatının çoxalmasıdır.