“Bank of Baku”nun gəlirləri iki dəfə azalıb

2017-ci ilin 9 ayı ərzində “Bank of Baku” ASC-nin cəmi gəlirləri 45 milyon 425 min manat (faiz gəlirləri 44 milyon 655 min manat, qeyri-faiz gəlirləri 770 min manat) təşkil edib.
“Marja” Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın cəmi gəlirəri 2,2 dəfə azalıb. Belə ki, 2016-cı ilin 9 ayında “Bank of Baku”nun cəmi gəlirləri 100 milyon 446 min manat, o cümlədən faiz gəlirləri 80 milyon 228 min manat, qeyri-faiz gəlirləri isə 20 milyon 218 min manat təşkil etmişdi.