8 biznesmen bir gecəyə 8,3 milyard dollar qazandı

Milyarderlərin reytinq cədvəlində ilk səkkizlikdə qərarlaşan iş adamları sutka ərzində azı 8,3 milyard dollar qazanıb. Bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Bildirilir ki, "Microsoft" şirkətinin qurucusu Bill Qeyts siyahının lideri olaraq qalır. Onun sərvəti 277 milyon dollar artaraq 85,3 milyard dollara çatıb. Bu artım şirkətin səhmlərinin 12 sentyabrda 1,05 faiz bahalaşdığını göstərib.
"Amazon"un aksiyaları da 1,25 faiz artdığı üçün Cef Bezosun sərvəti 83,3 milyard dollara çatıb.
Siyahıda olan digər iş adamları bunlardır: Amansio Orteqa 82,2 milıyard dollar, Uorren Baffet 76,4 milyard dollar, Mark Zukerberg 72,1 milyard dollar, Karlos Slim 70,1 milyard dollar, lari Elliso 63,45 milyard dollar.