Vahid Ələkbərov "LUKOYL"un 1 milyard rublluq səhmlərini əldə edib

"LUKOYL" şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini 879,3 milyon rubla əldə edib.
Bu barədə şirkətin məlumatında bildirilir.
Beləliklə, V.Ələkbərovun "LUKOYL"-da payı 2,429%-dən 2,464%-dək artıb.
Qeyd edək ki, sirkətin əsas sahibləri V.Ələkbərov və vitse-prezident Leonid Fedundur. V.Ələkbərov neft-qaz şirkətinin 22,96% , L.Fedun isə 9,78% səhmlərin sahibidir.