Qızıl və neft ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,26% - 21 865,37 bəndədək, S&P 500 0,08% - 2 446,30 bəndədək, NASDAQ isə 0,30% - 6 301,89 bəndədək bahalaşıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,87% - 7 337,43 bəndədək, Almaniya DAX-ı 1,46% - 11 945,88 bəndədək, Fransa CAC-40-ı isə 0,94% - 5 031,92 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,10 dollar azalaraq 1 317,80 dollara, gümüş isə dəyişməyərək 17,52 dollara satılıb.
*******
Dünya birjalarında neft ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,30% azalaraq 46,30 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,38% azalaraq 51,80 dollar olub.