Valyuta hərracı: Dollar manata qarşı yenə bahalaşdı

Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə avqust ayının 8-ci valyuta hərracı keçirilib.
Bu barədə AMB-dən məlumat daxil olub.
Məlumata görə, 29 avqust 2017-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7010 səviyyəsində formalaşıb.
Xatırladaq ki, sonuncu hərracda USDAZN cütlüyünün məzənnəsi 1,7009 səviyyəsində formalaşmışdı.