Ronaldu: "Barselona xəbərlərindən sarsılmışam"

Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştianu Ronaldu Barselonada baş verən terror aktı nəticəsində zərər çəkənlərə və faciə qurbanlarının ailələrinə başsağlığı verib.
"Barselona xəbərlərindən sarsılmışam. Faciə qurbanlarının ailələrinə və dostlarına başsağlığı verirəm", - deyə futbolçu "Twitter"də yazıb.
Barselonada baş vermiş terror aktında 13 nəfər həlak olub, 119 nəfər xəsarət alıb.