Cənubi Koreya prezidenti: Müharibə olmayacaq

"Koreya yarımadasında müharibə olmayacaq".Bu sözləri Cənubi Koreya prezidenti Mun Çje İn deyib. O, bildirib ki, hərbi gücdən istifadə ABŞ-a Şimali Koreyaya təzyiq göstərmək üçün lazımdır
“Tam əminliklə bəyan edirəm - Koreya yarımadasında heç vaxt müharibə olmayacaq. Hərbi gücdən istifadə ABŞ-a Şimali Koreyaya təzyiq göstərmək üçün lazımdır",- deyə Cənubi Koreya prezidenti əlavə edib.
Mun Çje İn həmçinin vurğulayıb ki, Şimali Koreya üçün “qırmızı xətt” nüvə başlığının yaradılmasıdır və rəsmi Pxenyan bu xətdə artıq yaxınlaşıb: “Hər halda Şimali Koreya ilə dialoq yalnız müəyyən şərtlər əsasında mümkündür”.