İngiltərə Superkuboku: “Arsenal” qalib oldu

“Arsenal” futbol üzrə İngiltərə Superkubokunun qalibi olub.
“Uembli” stadionunda “Çelsi” – “Arsenal” oyunun əsas vaxtı heç-heçə başa çatıb - 1:1. Penaltiləri daha dəqiq yerinə yetirən “Arsenal” 4:1 hesabı ilə qalib gələrək superkuboka sahib çıxıb.
Bu, “Arsenal”ın tarixində qazandığı 15-ci superkubokdur.