Futbol üzrə Azərbaycan Çempionatına start verilir

Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümünün püşkatma vaxtı açıqlanıb.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib
Onun sözlərinə görə, tədbir avqustun 2-də saat 12:00-da başlanacaq. Mərasimə PFL prezidenti və klub nümayəndələri qatılacaqlar.
Qeyd edək ki, növbəti mövsüm yenə 8 komandanın iştirakı ilə 4 dövrəlik sistemlə keçiriləcək.