Semedo: "Kluba sevgim Ronaldinyo ilə bağlıdır"

"Barcelona"nın yeni transferi Nelson Semedo kiçik yaşlarından bu kluba azarkeşlik etdiyini bildirib.
Gənc futbolçu katalon klubuna simpatiyanın yaranmasında Ronaldinyonun rolunu qeyd edib.
"Uşaqlıqdan "Barca" azarkeşi olmuşam. Kluba sevgim əsasən Ronaldinyo ilə bağlıdır. O, məni futbol kumirimdir. Onun iştirak etdiyi oyunları izləyirdim və bu, mənə öz təsirini göstərdi".
Ronaldinyo 2003-08-ci illərdə "Barcelona"nın şərəfini qoruyub.