"Arsenal"ın bir neçə futbolçusu qidadan zəhərləndi
"Arsenal"ın bir neçə futbolçusu Çində qidadan yüngül zəhərlənib.
Problemlə təxminən 4 futbolçu üzləşib. Baş məşqçi Arsen Venqer onlara Beynəlxalq Çempionlar Kubokunda "Bayern Munich"ə qarşı görüşdə tam oynamağa imkan yaratmayıb. Təcrübəli mütəxəsis futbolçuların vəziyyəti pisləşməsin deyə bu addımı atdığını bildirib. Zəhərlənən futbolçular Per Mertezaker, Olivye Jiru, Teo Uolkott və Zead Kolaşinats olub.










