"Qarabağ"ın üçüncü mərhələdəki rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi ilk matçda 5:0 hesabı ilə məğlub etdiyi "Samtredia"nı keçsə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüşdə Moldova təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.
Ağdam təmsilçisi növbəti mərhələyə adlasa, ilk matç Bakıda olacaq.
İlk oyunlar 25 - 26 iyulda, cavab matçları 1 - 2 avqustda keçiriləcək.