"Differdanj" hələ də ümidini itirməyib" - Ayxan Abbasov

"Differdanj"la oyuna son məşqimizi qarşılaşmanın keçiriləcəyi stadionun ehtiyat meydançasında etdik. Komandada vəziyyət yaxşıdır. Oyun saatını gözləyirik".
Bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburq "Differdanj"ı ilə cavab oyunu öncəsi deyib.
A.Abbasov şanslardan istifadə etməyə çalışacaqlarını və qətiyyən arxayınlaşmadıqlarını söyləyib: "Oyunun mahiyyətini hər kəs bilir. Bilirik ki, səfər matçı çətin olacaq. Rəqibin baş məşqçisinin, prezidentinin iddialı danışmağı buna sübutdur. Doğrudan da onlar hələ ümidlərini itirməyiblər. Məncə, rəqib cavab matçına ciddi hazırlaşıb. Biz də ciddi hazırlaşmışıq və məqsədimiz mərhələ keçməkdir".
Qeyd edək ki, "Differdanj" - "Zirə" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda "Zirə" 2:0 hesabı ilə qalib gəlib.