Ronaldo instaqramdan milyonlar qazanır

Beş saniyədə yarım milyona yaxın pul qazanır.
"Real Madrid" və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo instagram səhifəsində verdiyi hər reklama görə 400 min avro qazanır.
Britaniyanın "Hopper" şirkəti tərəfindən aparılan araşdırmaya əsasən portuqaliyalı ulduz reklamın qiymətinə görə Selena Qomez və Kim Kardaşyandan geri qalır.
Amerikalı ifaçı Selena Qomezin profilində bir reklam postuna görə 550 min avro ödənilir. Hazırda Ronaldonun instagramda 106 milyon izləyicisi var. Ronaldo futbolçular arasında reklamdan ən çox pul qazanan futbolçulardan biri, bəlkə də birincisidir.