Qaret Beyl "Real"da qalacaq

"Real Madrid"in yarımmüdafiəçisi Qaret Beyl İspaniyada qalacaq.
Ulduz futbolçunun komandanı tərk edəcəyi və özünə yeni klub axtardığı söz-söhbətləri yayılmışdı. "Real"ın Kilian Mbappeni transfer edəcəyi halda Beyli satacağı iddia edilirdi. Amma klubun prezidenti Florentino Perez hazırki hücum triosunda dəyişiklik gözlənilmədiyini deyib.
Həmçinin Beyl yaxın ətrafına "Real Madrid"də qalmaq istədiyini bildirib. Bu barədə ispan mediası yazır. Məlumata görə, "Real Madrid"in də futbolçunu satmaq fikri yoxdur.