“Bizdə komanda yoxdur” – Qriqorçuk

"Bu oyunun keçirilməsinə görə şadam. Bizim üçün "Dinamo"nun yüksək avtoriteti var, onlara həmişə belə yanaşacağıq. Biz minnətdarıq ki, belə böyük komanda ilə oynaya bildik".
Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Kiyev "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra "UA Futbol"a bildirib.
O, komandasının çıxışını belə dəyərləndirib: "Oyuna gəlincə, mənə danışmaq çətidir. Çünki demək olar ki, bizdə yeni komandadır. Yeni futbolçuları yığıb, komandaya dəvət etdik. Onların imkanlarını hələ bilmirik. Bu matçda meydanda elə çox şey var idi ki, onları təhlil etmək çətindir: nizamsızlıq... Danışmaq istəmirəm. Yaxşı ki, bu oyun oldu. Biz özümüzü "Dinamo"nun fonunda gördük. İndi başa düşürük ki, bizdə komanda yoxdur, onu yaratmaq üçünsə çox az vaxtımız var".
R. Qriqorçuk "Dinamo"nun gənc futbolçuları haqda da danışıb: "Ukraynada gənc futbolçular var və olacaq. Böyük potensiallarının olduğu görünür. Onların hamısı yaxşı keyfiyyətlərə malikdirlər. Bütün futbolçular sürətlidir və futbol intellektinə malikdirlər. Mən böyük potensial görürəm. Düşünmürəm ki, "Dinamo"dan kimsə bizə keçə bilər, mən bunu güman etmirəm. Ancaq deyim ki, belə bir imkan olsaydı, biz buna şad olardıq. "Dinamo"nun istənilən futbolçusu bizə kömək edə bilərdi ".