“Barselona” Messi ilə müqaviləni uzatdı

“Barselona” futbolçusu Lionel Messi ilə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib.
Bu haqda klubun saytı məlumat yayıb. Argentinalı hücumçu ilə 2018-ci ildə başa çatacaq müqavilənin müddəti 2021-ci ilin iyunun 30-a qədər artırılacaq.
Bildirilib ki, Messi yeni mövsümün hazırlığı üçün yaxın həftələrdə “Barselona”ya qayıtdıqdan sonra tərəflər rəsmi müqaviləyə imza atacaqlar.