Kriştianu Ronalduya Azərbaycan yığmasının forması hədiyyə edildi
Hazırda Konfederasiyalar Kubokunda iştirak etmək üçün Rusiyada olan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronalduya Azərbaycan yığmasının futbol maykası hədiyyə edilib.
Ulduz futbolçuya onu AFFA nümayəndəsi Riad Rəfiyev təqdim edib.
Maraqlısı həm də odur ki, Ronalduya onun üçün doğma olan 7 nömrəli futbolka hədiyyə edilib.










