Putin olimpiadaya bu idman növünü təklif etdi

Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunlarına mas güləşinin də daxil edilməsini istəyib.
Bu barədə məlumatı Türkiyənin “Posta“ qəzeti yayıb.
Yakutiya Milli İdman növü olan mas güləşində idmançılar ayaqlarını yerə bərkidilmiş taxtaya dayayaraq, mas adlanan dəyənəyi əlləri ilə tutub bir-birini çəkməyə çalışır. Dəyənəyi rəqibinin əlindən alan idmançı yarışın qalibi olur.