Messinin iranlı oxşarı həbs edildi

Argentina yığmasının və “Barselona” klubunun hücumçusu Lionel Messinin oxşarı olan iranlı tələbə polis tərəfindən saxlanılıb.
Hadisə Həmadan şəhərində baş verib. Reza Parasteşlə küçədə selfi çəkdirmək üçün o qədər adam toplaşıb ki, polis bunu asayişin pozulması kimi qəbul edib.