Madrid təmsilçiləri növbəti mərhələyə keçdi - VİDEO

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. ilk oyun günündə “Real Madrid” – “Bavariya” və “Lester” - “Atletiko Madrid” oyunları keçirilib.
Hər iki qarşılaşmada Madrid təmsilçiləri gülən tərəf olub.
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
“Real Madrid” (İspaniya) – “Bavariya” (Almaniya) - 4:2 (əlavə vaxtda)
Qollar: Ronaldo, 76, 105, 110 (əlavə vaxtda), Asensio, 112 (əlavə vaxtda) - Levandovski, 53 (pen.), Serxio Ramos, 78 (öz qapısına)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1
“Lester” (İngiltərə) – “Atletiko Madrid” (İspaniya) - 1:1
Qollar: Vardi, 61 - Nigez, 26
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 0:1