Andorra-İngiltərə oyununu qadınlar idarə edəcək
DÇ-2022-nin seçmə mərhələsinin Andorra-İngiltərə oyununu qadın hakimlər idarə edəcək.
Qarşılaşmanın baş hakimi ukraynalı Katerina Monzul olacaq.
Ona həmyerliləri Marina Striletska və Svitlana Qruşko kömək edəcək. VAR hakimi isə fransalı Stefani Frappartdır.
Andorra-İngiltərə görüşü oktyabrın 9-da keçiriləcək.